Böyük Britaniyanın paytaxtı Londonda, “Hyatt Regency” otelində qaz partlayıb.
Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, nəticədə 5 nəfər xəsarət alıb, onlardan 2-si xəstəxanaya yerləşdirilib.
Partlayışın otelin mətbəxində baş verdiyi bildirilir. Hadisə yerinə polis, təcili yardım maşınları və yanğınsöndürənlər eyni gəliblər. Mehmanxananın müştəriləri partlayışlla bağlı dərhal evakuasiya edilsələr də, bir müddət sonra onlara nömrələrinə dönməyə icazə verilib