27 Fevral 2022 20:08
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Qərbin aqressiv bəyanatlarına cavab olaraq bu ölkə ordusundakı xüsusi qüvvələrin ciddi döyüş növbətçiliyinə keçməsi barədə əmri NATO-nun, eləcə də Şimali Amerika və Avropanın birliyinin vacibliyini vurğulayır.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Prezident Putinin yeni bəyanatları Rusiyadan son aylarda və xüsusən də son həftələrdə eşitdiklərimizə aqressiv ritorika əlavə etdi”, - o CNN-ə deyib: “Bu, NATO-nun Şimali Amerika və Avropa müttəfiqlərinin birliyinin vacibliyini vurğulayır".

“Mən ABŞ-ın Avropaya əlavə qüvvələr göndərməsi liderliyini yüksək qiymətləndirmək istərdim”, - Stoltenberq əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər