1 Mart 2022 12:12
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusunun Xarkov şəhərinin mərkəzində hava hücumu nəticəsində vilayət rəhbərliyinin, opera teatrının, filarmoniyanın, eləcə də yaşayış binalarına ziyan dəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Xarkov SES bölmələri atəşə məruz qaldığından işləyə bilmir. Xarkov sakinlərindən sığınacaqları tərk etməmələri xahiş olunub.

Hücumlarda ölən və yaralananların olduğu bildirilib


Müəllif: Mənsur Rəğbətoğlu