7 Mart 2022 09:28
5 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov adi insanlarla tez-tez ünsiyyətdə olurdu, vaxtaşırı necə deyərlər, xalqın arasına çıxırdı. Bəzən bu görüşlər planlaşdırılmamış olurdu.

Teleqraf.com bildirir ki, qəfil dayanmaların təşəbbüskarı çox vaxt baş katibin həyat yoldaşı Raisa Maksimovna olurdu, məhz o deyirdi:

“Mixail Sergeyeviç, insanların arasına çıxmaq lazımdır”. Qorbaçov praktik olaraq heç vaxt buna qarşı çıxmır və korteji dayandırmaq göstərişi verirdi.

Sözsüz ki, onu həmişə şəxsi cangüdənləri müşayiət edirdi, kortej yolunda isə onlarla, hətta yüzlərlə milisioner bu və ya digər şəhərdə növbətçilik edirdi. Bununla belə, vaxtaşırı insidentlər baş verirdi.

Belə insidentlərin biri bir dəfə Kiyevdə baş verir. 1989-cu ildə Qorbaçov mühafizəçiləri üçün gözlənilmədən vətəndaşlarla ünsiyyət qurmaq üçün kortejə dayanmağı əmr edir. Mühafizəçilər baş katibi dövrəyə alırlar, xoşagəlməz hal yaşamamaq üçün insanları ona yaxın buraxmamağa çalışırlar. Bu zaman böyük kütlənin arasından Qorbaçova doğru bir keys (əşyaların saxlanması və daşınması üçün nəzərdə tutulan, sapı olan düzbucaqlı çemodan) atılır.

Bu anda mühafizəçilərin peşəkarlığı özünü nümayiş etdirir. Zabit Andrey Belikov ildırım sürətilə reaksiya verir. O, keysi tutub onu Qorbaçovun yanından qaçırır. Hər şey o qədər sürətlə baş verir ki, əslində nə baş verdiyini anlaşılmır. Xoşbəxtlikdən heç kim zərər görmür: keysdə bomba yox, mesajını “çatdırmaq" üçün belə dəbdəbəli üsul seçən növbəti ərizəçinin mesajı var idi.

A.Belikovun bu hərəkəti Dövlət Təhlükəsizlik Komitəsi rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir: o, rəhbərlikdən təşəkkürnamə və qiymətli hədiyyə alır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər