6 Mart 2022 08:23
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Co Bayden telefon danışığı zamanı təhlükəsizlik məsələlərini və Rusiyaya qarşı sanksiyaların uzadılmasını müzakirə ediblər.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ukrayna prezidenti öz Tvitter səhifəsində məlumat yayıb.

"Daimi dialoq çərçivəsində ABŞ Prezidenti Co Baydenlə növbəti danışıqlar apardım. Gündəliyə təhlükəsizlik, Ukraynaya maliyyə dəstəyi və Rusiya Federasiyasına qarşı sanksiya siyasətinin davam etdirilməsi məsələləri daxil olub", - deyə Zelenski vurğuıayıb.


Müəllif: Teleqraf.com