“Gezici” Araşdırmalar Mərkəzi tərəfindən 2 368 nəfərin iştirakı ilə aparılan sorğuda Türkiyənin ən məşhur siyasətçiləri ilə bağlı suallar cavablandırlıb.
Teleqraf.com xəbər verir ki, sorğu iştirakçılarına 4 siyasi partiyanın sədri olmayan partiyaların üzvlərindən kimi daha çox bəyəndikləri sualı yönləndirilib.
Türkiyə parlamentindəki (TBMM) 4 partiya arasında AKP-dən Süleyman Soylu, CHP-dən Mənsur Yavaş, MHP-dən Semih Yalçın və İYİ Partiyadan Yavuz Ağıralıoğlu ən populyar şəxslər olub.
Rəyi soruşulanların 28.5 faizi Süleyman Soylunu, 21.4 faizi Hulusi Akarı, 14.3 faizi Ömər Çeliki, 10 faizi Fuat Oktayı, 9.6 faizi Murat Kurumu, 5.3 faizi Mustafa Şentopu bəyəndiyini bildirib.
Digər tərəfdən, CHP-də başqan Kamal Kılıçdaroğlundan başqa məşhur şəxslərin kim olduğu sualına isə iştirakçıların 21.2%-i “Mənsur Yavaş” cavabını verib. İştirakçıların 18.1 faizi Əkrəm İmamoğlunu, 13.4 faizi isə Özgür Özəli bəyəndiyini deyib.
MHP ilə bağlı isə 15.2 faiz Edip Semih Şahin, 12.9 faiz isə Mövlud Karakayanın adını çəkib. İştirakçıların 10.4-ü Sadir Durmazın adını çəkdiyi halda, qalanları İzzət Ülvi Yonter, Muharrem Varlı və Erkan Haberalı bəyəndiklərini bildiriblər.
İYİ Partiyasının sədri Meral Akşenerdən sonra ən çox bəyənilən şəxsin Yavuz Ağıralıoğlu olduğu deyilib. Müsavat Dərvişoğlu, Aytun Çıray və Bahadır Erdem də adları çəkilənlər arasında olub.