Rus ordusunun davamlı atəşə tutması səbəbindən Mariupolda insanların yaxınlarını dəfn edə bilmirlər.
Teleqraf.com xəbər verir ki, bu səbəblərdən də Mariupolda rusların atəşi nəticəsində həlak olan ukraynalılar kütləvi məzarlıqda dəfn edilib.
Müharibə şəraitində olan Donetsk vilayətindən müvafiq fotoları Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko Teleqram kanalında dərc edib.
“İşğalçı qüvvələrin güclü atəşi nəticəsində yaxınlarını dəfn edə bilməyən insanlar ölənlərin cəsədlərini Mariupolun kənarındakı kütləvi məzarlığa qoyurlar”, - o, fotolara imza atıb.
Qeyd edək ki, şəhər humanitar fəlakətin astanasındadır. Şəhərə endirilən davamlı zərbələr nəticəsində 1300-ə qədər insanın öldürüldüyü deyilir.