11 Mart 2022 09:32
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraenerji” bəyan edib ki, Çernobıl Atom Elektrik Stansiyasında Belarusun köməyinə ehtiyac yoxdur.

Teleqraf.com-un məlumatına görə, şirkət qeyd edib ki, Rusiya və Belarus mətbuatının Belarusdan Çernobıl AES-in təchizatı ilə bağlı bütün xəbərlər vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribatdır.

Çernobıl Atom Elektrik Stansiyasını təchiz edən Rusiya hərbçiləri tərəfindən zədələnmiş yüksək gərginlikli xəttin təmirində “Ukraenerji” Belarus tərəfinin köməyinə ehtiyac duymur.

“Bizə atəşkəs və dünəndən təmir məqsədilə yola düşməyə razılıq verən təmir briqadalarımızın AES-ə buraxılması lazımdır. Biz dərhal xətləri təmir etməyə və bir gündən artıqdır işıqsız qalan Çernobılın enerjisini bərpa etməyə hazırıq. Sadəcə atəşi dayandırın və təmir briqadalarımıza icazə verin!”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, bundan əvvəl Belarus və Rusiya tərəfi yaranan vəziyyətlə əlaqədar Çernobil AES-də iş görməyə hazır olduğunu ifadə etmişdi.


Müəllif: Nemət

Oxşar xəbərlər