12 Mart 2022 16:14
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Vaşinqtonla təhlükəsizlik məsələləri, eləcə də Strateji hücum silahlarının ixtisarı Müqaviləsi üzrə işləməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Əgər amerikalılar buna hazır olsalar, biz əlbəttə ki, dialoqu bərpa edə bilərik və bunu etmək əhval-ruhiyyəsindəyik, həmçinin müəyyən fasilənin olduğu Strateji hücum silahlarının ixtisarı Müqaviləsi çərçivəsində işləmək iqtidarında olacağıq. Hər şey Vaşinqtondan asılıdır”, - xarici işlər nazirinin müavini “Birinci kanal”ın efirində bildirib.

Ryabkov həmçinin deyib ki, Vaşinqton təhlükəsizlik zəmanətləri üzrə dialoqdan yayınmağa cəhd etməklə strateji səhvə yol verib.


Müəllif: Səxavət

Oxşar xəbərlər