“Kremlin rəsmi ritorikasının əksinə olaraq, Ukraynada hərbi əməliyyatlar gözlənildiyindən daha ləng gedir”.
Teleqraf.com “Röyter”ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin keçmiş mühafizəçisi, Milli Qvardiyanın (“Rosqvardiya”) komandanı Viktor Zolotov deyib.
“Bəli, demək istəyirəm ki, hər şey istədiyimiz kimi sürətlə getmir”, - Zolotov bildirib.
Zolotov ləng irəliləyişə görə xalq arasında gizlənən “radikal sağçı ünsürlər”i günahlandırıb və belə qruplaşmaların mülki şəxslərdən “canlı qalxan” kimi istifadə etdiklərini iddia edib.