Səhər saatlarında Zaporojye dəmir yolu stansiyasında partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev məlumat verib.
“Zaporojye-2 dəmir yolu stansiyasında baş verən partlayışın mahiyyəti hələlik məlum deyil. Müvafiq xidmətlər yerində işləyir”, - deyə o bildirib.
Kurtev sosial şəbəkələrdə video və foto paylaşmamağa çağırıb.
Bundan başqa, səhər saatlarında paytaxt Kiyev növbəti hava hücumuna məruz qalıb. Mərminin qəlpələri 12 mərtəbəli yaşayış binasına düşüb, 12-ci və texniki mərtəbələr uçub, qonşu 9 mərtəbəli binaya qismən ziyan dəyib. Xilasedicilər dərhal sakinləri binadan çıxarmağa və yanğınları aradan qaldırmağa başlayıblar. İlkin məlumata görə, iki nəfər xəsarət alıb, 35 nəfər təxliyə edilib.