17 Mart 2022 21:39
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın Ukraynadakı hərbi əməliyyatında oynadığı rola görə Belarus hakimiyyəti ilə əməkdaşlığı dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Təşkilat Belarusun bütün iclas və tədbirlərdə iştirak hüquqlarını dayandırır. Bu, Belarusun Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının qismən razılaşmalarında iştirakına da aiddir”, - kommünikedə deyilir.

Avropa Şurası Nazirlər Komitəsi, həmçinin Minsklə istənilən texniki əməkdaşlığı dayandırmaq niyyətindədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər