18 Mart 2022 11:29
1 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbçiləri Kiyev vilayətində Rusiya ordusu tərəfindən ələ keçirilən kəndləri azad etmək üçün əməliyyatlar aparır.

Teleqraf.com xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Pavlyuk bildirib.

Onun sözlərinə görə, hakimiyyət hələlik hərbi əməliyyatların təfərrüatlarını açıqlamağa hazır deyil:

“Müvafiq işlər aparılır, lakin bölmələrimizin hərəkətləri ilə bağlı məlumatların sızmaması üçün açıqlama verə biləcəyimiz zaman bu barədə danışacağıq. Bölmələrimiz tədbirlər görür, düşmənə qarşı mübarizə aparılır”.

Pavlyuk regiondakı vəziyyəti çətin, lakin idarə oluna bilən kimi xarakterizə edib.

O deyib ki, Kiyev vilayətində vəziyyət mürəkkəbdir, idarə olunur, hərəkətləri proqnozlaşdırmaq çox çətindir: “Biz bütün təhdidlərə adekvat cavab verməyə hazırıq. Ən böyük təhlükə olaraq - Jitomir şossesi, Buça, İrpen, Qostomel, Makarov, Vışqorod rayonlarını demək olar. Silahlı qüvvələr öz mövqelərində sərhədləri əzmlə qoruyurlar. Biz müdafiənin dayanıqlığını artırmaq üçün yeni sərhədlər açırıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər