21 Mart 2022 13:14
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya və Qətər energetika sahəsində uzunmüddətli tərəfdaşlıq haqqında danışıqlar aparır. Avropa İttifaqında (Aİ) ən böyük iqtisadiyyata sahib olan Almaniya Rusiyanın enerji resurslarından asılılığını azaltmağı hədəfləyir.

Teleqraf.com xəbər verir ki, hər iki ölkənin rəsmiləri uzunmüddətli tərəfdaşlıq üçün danışıqların aparıldığını açıqlayıblar.

Almaniya razılaşmanın əldə olunduğunu bildirsə də, Qətər bununla bağlı açıqlama verməyib.

Almaniya iqtisadiyyat naziri Robert Habek Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ölkəsinin enerji baxımından Moskvadan asılılığını azaltmaq üçün aktiv səylər göstərir. Almaniya təbii qazının demək olar ki, hamısını Rusiyadan alır.

Qətər Şeyxi Təmim bin Həmədin ofisindən verilən açıqlamada şeyxin dünən Habeki qonaq etdiyi və iki ölkənin xüsusilə enerji sektoru ilə bağlı əlaqələrin gücləndirilməsi məsələsi müzakirə olunduğu bildirilib.

Dövlət enerji şirkəti “Qatar Energy”-dən isə deyilib ki, iki ölkə rəsmiləri mayeləşdirilmiş təbii qazın (LNG) uzunmüddətli tədarükü ilə bağlı danışıqları yenidən davam etdirəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər