26 Mart 2022 11:27
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumı vilayətində dəhşətli döyüşlər davam edir. Ukrayna qoşunları tezliklə işğal olunmuş icmaların bir qismini azad edəcək. Əsas döyüşlər Sumı vilayətində Konotop, Axtır digər məntəqələrdə davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Sumı vilayətinin hərbi-mülki administrasiyasının sədri Dmitri Jivitski “Telegram” kanalında bildirib.

“Vəziyyət gərgin olaraq qalır, döyüşlər davam edir. Bu, Konotop rayonudur - son 24 saat ərzində döyüşlərin aktiv mərhələsi baş verib. Bu, Sumı vilayətinin Axtır rayonudur”,- Jivitski qeyd edib.

O bildirib ki, bəzi icmalar rus işğalçılarının nəzarəti altındadır: “Ancaq bizim planlarımız və mənim şəxsi proqnozlarım nikbindir. Biz son günlər baş verənlərə nikbin baxırıq. Sumı bölgəsində şiddətli döyüşlər gedir, qalibi müəyyən edəcək döyüşlərdir. Və mən əminəm ki, biz bacaracağıq. Sumi bölgəsindəki bəzi icmaların azad edildiyini tezliklə söyləyəcəyik. Trostyanets şəhəri, Axtır rayonunun bir neçə yaşayış məntəqəsi uğrunda döyüşlər davam edir”.

Dmitri Jivitski əlavə edib ki, Trostyanets icmasında döyüşlər zamanı qaz kəməri zədələnib və abonentlərin qaz təchizatı məsələsində problem yarana bilər: “Təəssüf ki, qaz xidmətinin işçiləri qaz təchizatının bərpası üçün ora gedə bilmirlər. Axtırka çox ciddi itkilər verir və düşmənin xüsusi diqqət obyektidir. Mən dünən Axtırkada olmuşam. Şəhərdə gündəlik raket hücumlarına və bombardmanlara baxmayaraq, kommunal xidmətlər dağıntıları sökmək, şəhəri təmizləmək üçün çalışır. Şəhər yavaş-yavaş canlanır, şəhər təslim olmayıb”.

Onun sözlərinə görə, elə yaşayış məntəqələri var ki, daimi atəşə məruz qaldığından işıqsız, ərzaq təminatından məhrumdur: “Lakin biz təslim olmuruq, dayanmırıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər