26 Mart 2022 16:05
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Nüvə Tədqiqatları Təşkilatına (CERN) üzv olan 23 ölkə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq yeni tədbirləri təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, CERN Ukraynaya qarşı təcavüzə görə Rusiya və Belarusla əməkdaşlığı dayandırır. Bu barədə təşkilatın rəsmi saytında CERN-ə üzv 23 ölkənin qərarına istinadən məlumat verilir.

Rusiya Federasiyasının Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq CERN Şurası bəyan edir:

CERN alimlərinin Rusiya Federasiyası və Belarus Respublikasında yerləşən bütün institutların elmi komitələrində iştirakını dayandırır.

CERN və Rusiya Federasiyası və Belarus Respublikasında yerləşən qurumlar arasında birgə təşkil edilən bütün tədbirləri dayandırılır.

Rusiya və Belarusiyadakı milli qurumlarla əlaqəli hər hansı yeni şəxsə CERN əməkdaşlarının assosiativ üzvləri kimi assosiasiya müqavilələrinin verilməsi dayandırılır.

CERN bəyan edib ki, qərarları onların Ukrayna xalqı ilə həmrəyliklərini və sülh naminə elmə sadiqliyini ifadə etmək üçün qəbul edilir.


Müəllif: Nemət

Oxşar xəbərlər