Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlara saatlar qalmış Prezident Vladimir Zelenski diqqətçəkən açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Zelenski Moskvanın Ukraynadan uzun müddətdir tələb etdiyi NATO-ya üzv olmama istəyinə müsbət baxa biləcəyini bildirib.
Rusiyalı jurnalistlərə rus dilində müsahibə verən Zelenski deyib:
“Təhlükəsizlik zəmanəti, neytrallıq və ölkəmizin nüvəsiz statusu - biz bunlara hazırıq. Amma ən əsası müharibəni Rusiyanın başlatmasıdır”.
Zelenski həmçinin vurğulayıb ki, onun məqsədi müharibəni mümkün qədər tez bitirmək və Rusiya qüvvələrinin işğal etdiyi ərazilərdən çıxarılmasını təmin etməkdir.