Rusiya qoşunlarının maddi-texniki təminatı ilə bağlı vəziyyət xüsusilə ukraynalıların şiddətli müqaviməti səbəbindən pisləşir.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyi məlumat yayıb.
“Davamlı maddi-texniki təchizatın olmaması və ukraynalıların şiddətli müqaviməti Rusiya hərbçilərinin mənəvi-psixoloji durumunu kəskin şəkildə pisləşdirir”, - məlumatda qeyd edilib.
Nazirlik davamlı maddi-texniki təchizatın olmamasının rus ordusunun irəliləməsinə də mane olduğunu bildirib.
Müdafiə Nazirliyi onu da əlavə edib ki, Rusiya yerli limanı ələ keçirməyə çalışdığı üçün Mariupolda şiddətli döyüşlər davam edir.