“Ukrayna xalqının rus hərbi işğalına qarşı qəhrəmancasına müqavimətinin otuz dördüncü günü başlayıb. Ukrayna Müdafiə Qüvvələri Qrupu Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirir. Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdən düşməni uğurla dəf edir, bəzi ərazilərdə qoşunlarımız uğurlu əks-hücumlar həyata keçirir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər saatlarına olan əməliyyat məlumatında bildirib.
Qeyd edilir ki, rus ordusu məkrli raket və bomba hücumlarını davam etdirir, Ukrayna şəhərlərinin infrastrukturunu və yaşayış məntəqələrini tamamilə məhv etməyə çalışır:
"O, logistikanı çətinləşdirmək və humanitar böhran üçün şərait yaratmaq üçün əlindən gələni edir.
Kiyev, Zaporojjya, Çerniqov, Xerson və Xarkov vilayətlərinin müvəqqəti işğal olunmuş bəzi yaşayış məntəqələrində rus işğalçıları beynəlxalq humanitar hüququn tələblərini pozaraq yerli əhaliyə qarşı terroru davam etdirirlər. Onlar yaşayış binalarını bombalayır, qarət edir, oğurlayır, girov götürür, dinc əhalini talayırlar.
Ukrayna Birləşmiş Qüvvələri gün ərzində Donetsk və Luqansk istiqamətlərində düşmənin 7 hücumunu dəf edib. Əsgərlərimiz 12 tank, 10 piyada döyüş maşını və 3 motorlu texnikanı məhv edib.
Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin müdafiəçiləri ötən gün 17 hava hədəfini - 8 təyyarə, 3 helikopter, 4 müxtəlif tipli PUA və 2 qanadlı raketi vurub.
Hərbi Hava Qüvvələrimizin təyyarələri rus texnikası və canlı qüvvəsinin toplandığı yerlərə raket və bomba zərbələri endirib".