30 Mart 2022 17:35
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Krımı heç kimlə müzakirə etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Ona Kiyevin hərbi yolla geri qaytarmaq çağırışları fonunda Krım regionu üzrə Ukrayna ilə razılıq əldə etmək variantlarının olub-olmamasına dair sual verilib.

“Krım Rusiya Federasiyasının bir hissəsidir və bizim konstitusiyamıza görə, biz heç kimlə Rusiya ərazilərinin, Rusiya regionlarının taleyini müzakirə edə bilmərik, bu, istisna olunur, bu bizim konstitusiyamızda yazılıb. Danışıqların hansısa nüansını isə biz sizinlə müzakirə etməyəcəyik, deməyəcəyik”, - deyə Kremlin sözçüsü jurnalistlərə bildirib.

Mətbuat katibi Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələr mövzusunu şərh etməyib, danışıqlarla bağlı əlavə məlumat üçün Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə əlaqə saxlamağı məsləhət görüb.


Müəllif: Səxavət