31 Mart 2022 17:35
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Osetiyada referendumun keçirilməsi və onun Rusiyaya daxil olması barədə təklif Ukraynada xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra həyata keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Krım senatoru Sergey Tsekov bildirib.

“Məsələ hazırda inkişaf edir, lakin daha sonra, Ukraynada xüsusi hərbi əməliyyat başa çatdıqda və ya tamamlanma mərhələsində olanda həyata keçiriləcək”, - deyə o RİA Novosti-yə bildirib.

Senatorun sözlərinə görə, o, Cənubi Osetiyada keçiriləcək referendumda əhalinin Rusiya Federasiyasının tərkibinə daxil olmaq təklifini dəstəkləyəcəyinə şübhə etmir.

“Və mən hesab edirəm ki, bu gün formalaşan situasiyada bu, öz vaxtındadır. Bu gün amerikalıların, Qərbin davranışı, onların bütün norma və qaydalara məhəl qoymaması bizə bir çox problemləri, o cümlədən Cənubi Osetiyaya dəstəkləmək imkanı verir”, - deyə Tsekov bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər