6 Aprel 2022 10:48
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya hərbi dəbilqələr, gülləkeçirməz jiletlər, rabitə vasitələri, dronlar, gecəgörmə cihazları, lazer məsafə ölçənləri, tibbi ləvazimatlar, qoruyucu geyimlər, tank əleyhinə raket və minalar və digər silahlardan ibarət növbəti hərbi yardım tranşı təhvil verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Estoniyanın Ukraynadakı səfirliyi yayıb.

“Estoniya Ukraynaya tank əleyhinə raketlər, tank əleyhinə minalar, geri çəkilməyən tank əleyhinə silahlar, avtomatik silahlar, döyüş sursatları, birdəfəlik qumbaraatanlar və əl qumbaraatanları verib”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, estoniyalı iş adamları Estoniyanın dövlət qurumları və Silahlı Qüvvələri ilə əməkdaşlıq edərək Ukrayna hərbçilərinə dəbilqələr, gülləkeçirməz jiletlər, rabitə vasitələri, pilotsuz uçuş aparatları, gecəgörmə cihazları, lazer məsafəölçənləri, tibbi ləvazimatlar və kimyəvi qoruyucu geyimlər təqdim ediblər.

Bundan əvvəl Polşa, Latviya, Litva və Estoniyanın Rusiyaya malların çatdırılması üçün quru yollarını bağlayaraq, Rusiyadan tam təcrid prosesinə başlayacağı bildirilib.


Müəllif: Nemət