Gürcüstan dəmir yolu işçiləri bu gün irimiqyaslı tətil elan ediblər.
Teleqraf.com Gürcüstan mediasına istinadən xəbər verir ki, “Yeni dəmiryolçular həmkarlar ittifaqı” tərəfindən təşkil olunan tətilin əsas səbəbi 2015-ci ilin əvvəlində planlaşdırılan attestasiya və dəmir yolu işçilərinin əmək haqqının verilməsində yeni sistemin tətbiqi göstərilir. Dəmiryolçular düşünürlər ki, bu sistemin tətbiqi ilə 2 minə yaxın əməkdaşı işdən uzaqlaşdırılacaq və əmək haqlarının azaldılması ilə nəticələnəcək.
Yayılan məlumatlara görə, bu günə qədər iki tərəf arasında danışıqlıqlar aparılsa da, nəticə əldə olunmayıb.
Qeyd edək ki, “Gürcüstan dəmir yolu” Səhimdar Cəmiyyətinin 12682 işçisi var. Onlardan 4800-ü “Yeni dəmiryolçular həmkarlar ittifaqı”nın üzvüdür.
Samir