1 May 2022 08:31
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Mariupol şəhərinin “Azovstal” hissəsindən dinc sakinləri təxliyə etmək mümkün olub, aralarında qadın və uşaqların da olduğu ümumilikdə 20 nəfər çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azov” alayının komandir müavini, kapitan Svyatoslav Palamarya məlumat verib.
"Saat 19:40-a kimi dağıntılar altından xilas edilmiş 20 mülki vətəndaşı razılaşdırılmış yerə köçürdük. Bunlar qadınlar və uşaqlardır”, - deyə S.Palamarya bildirib.

Xatırladaq ki, aprelin 28-də “Azovstal”da səhra xəstəxanasının partladılmasından sonra yaralıların sayının 600 nəfərə yüksəlib


Müəllif: Teleqraf.com