İraqın Ənbar vilayətindəki Ayn əl-Əsəd hərbi bazasına hücum edilib.
Teleqraf.com xəbər verir ki, ABŞ hərbçilərinin yerləşdiyi hərbi bazanın ətrafına raketlərin düşdüyü bildirilsə də, hadisədə can itkisi ilə bağlı hələlik açıqlama verilməyib.
Ayn əl-Əsəd bazası yaxınlığına iki raketin düşdüyü bildirilib.
Polis bölmələrinin araşdırmaya başladığı və təfərrüatların daha sonra ictimaiyyətlə bölüşəcəyi deyilib.
Yerli mətbuat raketlərdən birinin bazadan 4 kilometr aralıda düşdüyünü yazıb.
Ayn əl-Ased bazasında ABŞ və Anti-İŞİD koalisiyasının hərbçiləri var.
2020-ci ilin əvvəlində Bağdadda iranlı general Qasım Süleymaninin ABŞ qüvvələri tərəfindən öldürülməsindən sonra Amerikanın İraqdakı hərbi bazaları naməlum qruplaşmaların hücumlarına məruz qalır.