2 May 2022 11:23
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Populyarlıq məni ruhlandırmır, çünki bunun qiyməti Ukraynadakı müharibədir".

Teleqraf.com xəbər verir ki, bunu Prezident Vladimir Zelenski “Nine Network” telekanalına müsahibəsində bildirib.

“Məndə olan populyarlıq məni tam olaraq ruhlandırmır. Çünki mən bu populyarlığın qiymətinin nə olduğunu dəqiq bilirəm, qiyməti isə müharibədir. Nəticəni bildiyimiz müharibə, dünya müharibənin nə olduğunu və onun nə qədər kədərli olduğunu isə Ukrayna və ukraynalılar bilir”,- Zelenski bildirib.

Prezidentin sözlərinə görə, o, dünyada bu qədər məşhur olacağını gözləmirdi:

“Ona görə belə bir nəticə gözləmirdim. Mən bu yerdəyəm. Düşünürəm ki, mənim yerimdə olan Ukrayna xalqı tərəfindən seçilən istənilən prezident belə olmalıdır, xalqın yanında olmalıdır”.


Müəllif: Nemət