Avropa İttifaqı özünün fundamental prinsiplərindən uzaqlaşıb, onun xarici və daxili siyasətini assosiasiyaya üzv ölkələrin qısamüddətli faydası və siyasətləri müəyyən edir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Avropa inteqrasiyasının əsaslarının qoyulduğu dövrlərdə olduğu kimi, indi həmrəylik və əməkdaşlıq lazımdır. Ukraynadakı vəziyyət bütün dünyanın gözü qarşısında Avropanın mərkəzində cərəyan edən faciədir və bu həm də Aİ-yə xəbərdarlıqdır”, - deyə prezident bəyanatında bildirib.
Yığılmış problemlərin həlli kimi Ərdoğan “ixtilaflarımızı bir kənara qoymağı” və “özümüzə yeni tarix yazmağı” təklif edib.