Ukrayna hərbi qüvvələri ötən gün ərzində Donetsk və Luqanskda rus ordusunun 15 hücumunu dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hücuma keçən rus qüvvələrinin 1 zenit-raket sistemi, 9 tankı, 3 artilleriya sistemi, 25 zirehli döyüş texnikası, 3 xüsusi mühəndis avadanlığı və 3 yük maşını məhv edilib.
Ruslar Donetsk, Luqansk və Xerson vilayətlərinin ərazisinə tam nəzarəti ələ keçirmək və bu ərazilərlə işğal olunmuş Krım arasında quru dəhlizini saxlamaq üçün şərq əməliyyat zonasında hücumu dayandırmayıb. Rus qüvvələri Donetsk istiqamətində Liman, Popasnyanski, Severodonetsk və Avdeyevkaya hücum əməliyyatlarını davam etdirir. Rusların sözügedən istiqamətlər üzrə yeni hücuma hazırlaşdıqları bildirilib.