10 May 2022 10:00
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın kimya sənayesində təxribat ehtimalı istisna edilmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ukraynanın bütün istiqamətlərində mülki və hərbi infrastrukturlara raket zərbələri endirmə ehtimalı yüksəkdir. Eyni zamanda, Ukraynanın kimya sənayesində təxribat törədilməsi ehtimalı istisna edilmir”, - məlumatda deyilib.

Baş Qərargah Ukraynaya qarşı tammiqyaslı silahlı təcavüzün davam etdiyini vurğulayıb.

Məlumata görə, rus ordusunun aviasiya bölmələrinin əsas səyləri şərq əməliyyat zonasındakı qüvvələrin dəstəklənməsinə yönəlib: Slobojanski, Donetsk və Azovstal zavodu ərazisində. Rus qüvvələri bütün təmas xətti boyunca artilleriyadan istifadə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər