13 May 2022 13:44
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası Ukraynadakı hadisələrlə bağlı Avropa İttifaqında təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda Avropanın müdafiəsində dərin çatışmazlıqlar olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın “El País” qəzeti Avropa Komissiyasının sənəd layihəsinə istinadən xəbər yayıb.

Xüsusilə, Avropa ölkələrinin zəif tərəfləri arasında şəhərlərin və infrastruktur obyektlərinin hava hücumundan müdafiəsi qeyd olunur.

Logistika ilə bağlı çətinliklər və kibertəhlükəsizlik sahəsində problemlər də vurğulanır.

Sənəddə Ukrayna ordusuna kömək üçün materialların çatdırılmasından sonra sursat çatışmazlığı probleminə xüsusi diqqət yetirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər