14 May 2022 12:39
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Polşadakı səfiri Vladimir Çuşyevi tutduğu vəzifədən azad edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

“Belarus Konstitusiyasının 84-cü maddəsinin 20-ci bəndinə uyğun olaraq, Çuşyev Vladimir Nikolayeviç Belarus Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, – fərmanda bildirilir.

Qeyd edək ki, 2021-ci ilin iyunundan Avropa İttifaqı Belarusa qarşı iqtisadi sektoral sanksiyalar tətbiq edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər