16 May 2022 11:56
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya silahlı qüvvələrinin baş qərargah rəisi general Ebexard Zorn ordunun ehtiyatında çox az sursatın və anbarları doldurmaq üçün 20 milyard avroya ehtiyacın olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Zorn Almaniya quru qoşunlarının komandanı Alfons Maisin “quru qoşunları az-çox ayaqyalın dayana bilir” fikrini təkrarlayıb.

O, Maisin illərdir yığılan nöqsanları qısa şəkildə ümumiləşdirdiyini söyləyib: “Bir nöqsan budur: çox az sursatımız var, bu mövzuda ciddi qənaət edilib. İndi təkcə sursat anbarlarımızı doldurmaq üçün təxminən 20 milyard avroya ehtiyacımız var”.

Zorn COVID-19 pandemiyası səbəbiylə alman ordusunda ciddi təlim boşluğu olduğuna diqqət çəkib.

Baş qərargah rəisi bu mövzuda yaranmış boşluğun 1.5 il ərzində doldurula biləcəyini iddia edib.

Zorn alman ordusuna 100 milyard avroluq paketin verilməsinin planlaşdırıldığını da söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu