20 May 2022 08:00
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münaqişələr dünyada aclığın yeganə ən böyük səbəbi olaraq qalır.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Təhlükəsizlik Şurasının münaqişələr və ərzaq təhlükəsizliyi üzrə iclasında çıxışı zamanı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Dongyu bildirib.

"2018-2021-ci illərdə münaqişələrin kəskin ərzaq qıtlığının əsas səbəbi olduğu ölkələrdə böhran vəziyyətində olan insanların sayı 88% artaraq 139 milyondan bir qədər çox olub."

Təşkilatın məlumatında görə, Ukraynadakı böhran qida ixracına, logistikaya və əlçatanlığa ciddi təsir göstərib, artan enerji və gübrə qiymətləri gələcək qlobal məhsulu təhlükə altına alıb.o


Müəllif: Teleqraf.com