20 May 2022 17:48
3 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya qarşı müharibəsinin kulminasiya nöqtəsi yayın sonunda, Rusiyada insan, sursat və döyüş əzmi tükəndiyi vaxt gələcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı qüvvələrinin keçmiş komandanı, general-leytenant Ben Hodces deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna iqtisadiyyatına böyük ziyan vursa da, heç bir məqsədinə nail ola bilməyib:

“Rusiyanın qeyd etməyə heç nəyi yoxdur, çünki heç bir məqsədinə nail ola bilməyib. Rusiya Müdafiə Nazirliyi özünü korrupsioner qurum, əsgərləri isə mülki obyektlərə silah işlədən qatillər kimi göstərib. Təbii ki, Ukrayna iqtisadiyyatına dəyən ziyanın məsuliyyəti də onların üzərindədir. Qarşıda hələ çox problem var, amma Kremlin məqsədlərini nəzərə alsaq, bunların heç birini Rusiyanın qələbəsi adlandırmaq olmaz. Düşünürəm ki, kuliminasiya təxminən yayın sonunda olacaq, o vaxta qədər Rusiyanın insan, silah-sursat və döyüş əzmi tükənəcək”.

Generalın iddiasına görə, Ukrayna əks-hücum potensialına malik olacaq və sentyabra qədər Rusiya qüvvələrini sıxışdırıb çıxara biləcək:

“Belə döyüş, sursat və hərbi itkilərlə hesab edirəm ki, yayın sonu - avqustun sonu, yaxud sentyabrın əvvəlində Rusiya qüvvələri azalacaq və Ukraynanın əks-hücum əməliyyatına başlamaq üçün kifayət qədər potensialı olacaq. Sentyabradək Rusiya qüvvələri fevralın 23-dək olan xəttə qədər geri çəkiləcək”.

Hodces qeyd edib ki, rus əsgərləri top yemi kimi istifadə olunur və Rusiya hərbi rəhbərliyi buna əhəmiyyət vermir:

“Ruslar hər şeydə uğursuzluğa düçar olublar. Onlar yorma müharibəsinə getdilər. Bu, Rusiya üçün pis seçimdir, çünki onların maddi-texniki vəziyyəti yaxşı deyil, getdikcə daha da pisləşir. Onlar qüvvələri tükənir, insanlar səfərbərlikdən qaçmağa çalışırlar”.

General deyib ki, Ukraynanın maddi-texniki təchizatı, qoşunların sayı və ordunun motivasiyası ilə bağlı heç bir problemi yoxdur.

Hodces vurğulayıb ki, Rusiya döyüş meydanında qalib gəlmək istəyir, buna görə də Ukraynanın qələbə qazanması üçün lazım olan yardım və resursların göndərilməsi gecikdirilməməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər