21 May 2022 08:00
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kütləvi tədbirlərin keçirilməsi əlaqədar yay aylarında "meymun çiçəyi" xəstəliyinə yoluxma halları arta bilər.

Teleqraf.com-yn məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe bildirib.

"Avropada kütləvi toplantılar, festivallar və şənliklərlə müşayiət olunan yay dövrünə yaxınlaşırıq. Virusun yayılmasının sürətlənə biləcəyindən narahatam", - deyə H.Klüqe qeyd edib.

O bildirib ki, Avropa regionunda ən azı səkkiz ölkədə son bir neçə gündə "meymun çiçəyi" xəstəliyinə yoluxma halları aşkar edildiyini bildirib. Avropadan kənarda virus Avstraliya, Kanada və ABŞ-da qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər