Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 4,82 dollar azalaraq 68,87 dollar təşkil edib.
Teleqraf.com-un məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar ucuzlaşaraq 72,43 dollar olub.
Neftin qiymətindəki kəskin azalma ötən gün keçirilən OPEK-in iclasında neftin hasilatının azaldılmaması ilə verilə qərarla bağlıdır.