26 May 2022 14:41
1 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Ukrayna və Belarus sərhədində rus qoşunlarının cəmləşməsi prosesi müşahidə edilmir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

“Əslində, belaruslar hazırlaşır və bir müddət sonra yenidən təlimlərin başlayacağı açıqlanıb. Hələlik isə Belarusla sərhəddə rus qoşunlarının cəmləşməsini görmürük”, - nazirliyin rəsmisi bildirib.

Denisenki bir müddət sonra rusların Belarus istiqamətindən yenidən Çerniqov və ya Kiyev vilayətlərinə hücuma keçəcəyini istisna etməyib: “Təəssüf ki, gələcəkdə bu ehtimalı rədd edə bilmərik”.

O vurğulayıb ki, indi əsas səylər Donbasa yönəlib.

Denisenki Rusiyanın Donbasdakı əməliyyatlarına yeni qüvvələr cəlb etdiyini deyib: “Onların birdən-birə bir çox cəbhədə vuruşmağa gücləri çatmır. Bu səbəbdən də səfərbərlik aparırlar, təəssüf ki, bəzi yeni bölmələr döyüşlərə qoşulub. Amma səfərbərlik ilk növbədə Donetsk və Luqanskda aparılıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər