ABŞ-ın əczaçılıq şirkəti "Abbott Laboratories" "meymun çiçəyi" xəstəliyinin müəyyən edilməsinə kömək edə biləcək tibbi testləri hazırlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin nümayəndəsinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, şirkət ictimai səhiyyə və elm sahələrindəki tərəfdaşlarına test dəstləri təqdim edəcək. "Vəziyyət inkişaf etdikcə, əlavə test ehtiyaclarını ödəmək üçün tədbirlər görəcəyik".