31 May 2022 00:13
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-ya üzv ölkələrin liderləri 2022-ci il iyunun sonunda Madriddə keçiriləcək görüşdə alyansın Rusiya və Çinlə bağlı mövqeyinə yenidən baxmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq mayın 30-da İspaniyanın “ABC” nəşrində dərc olunmuş müsahibəsində deyib.

“Madrid sammiti fövqəladə vacib əhəmiyyətli olacaq. Qəbul edəcəyimiz yeni strateji konsepsiya təhlükəsizliyin yeni reallığını əks etdirəcək. Məsələn, cari strateji konsepsiya Rusiyaya strateji tərəfdaş kimi yanaşır və ÇXR-dən bəhs edilmir. İndi biz əlbəttə, Rusiyanın təcavüzkar hərəkətlərini, eləcə də Çinin bizim təhlükəsizliyimizə artan təsirini müzakirə edəcəyik”, - deyə Stoltenberq qeyd edib.

Bundan əvvəl NATO Ukrayna tərəfində Rusiyaya qarşı olduğunu etiraf etmişdi.

Həmçinin, bir müddət əvvəl baş katib Stoltenberq NATO ilə Rusiya arasında ciddi ziddiyyətlərin olduğunu bildirmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər