Rusiya qoşunları Severodonetsk və Toşkovka ərazilərinə hücum edib. Lisiçanskda bir gündə iki nəfər ölüb, üç nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Lisiçanskda iki ölü və üç yaralı var. Ruslar Severodonetsk və Toşkovka ərazilərinə basqın edib, Qorskidə uşaq bağçasını dağıdıblar”,-Qaydai bildirib.
Qaydayın sözlərinə görə, Lisiçanskda Proletar körpüsünün yaxınlığında yerləşən evinin yaxınlığında daha bir meyit tapılıb. Şəhərdən evakuasiya dayandırılıb.
Xatırladaq ki, Severodonetskdə döyüşlər gedir, düşmən şəhərdə irəliləyir. İşğalçılar könüllülərin və həkimlərin maşınlarına atəş açır. Artıq üç tibb işçisinin itkin düşməsi məlumdur, onların avtomobili əzilmiş vəziyyətdə tapılıb.