Vadim Vorobyov “Lukoyl”un prezidenti seçilib.
Teleqraf.com xəbər verir ki, şirkətin səhmdarlarının qiyabi iclasında bir neçə qərar qəbul edilib.
Həmçinin “Lukoyl”un təsisçisi Vahid Ələkbərovun səlahiyyətlərinə isə xitam verilib.
Qeyd edək ki, Vahid Ələkbərov 1993-cü ildən “Lukoyl” şirkətinin prezidenti olub. O, aprelin 21-də direktorlar şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edərək, artıq şirkətlə "heç bir şəkildə" əlaqəli olmadığını elan edib.
O, qərarını Böyük Britaniya və Avstraliyanın “Lukoyl”un inkişafına mane ola biləcək şəxsi sanksiyaları ilə izah edib. London və Kanberra iş adamının öz ərazilərinə daxil olmasını qadağan edib və bütün aktivlərini bloklayıb.
Ələkbərovun sözlərinə görə, vəzifəsini tərk etdikdən sonra o, Rusiyada qalacaq və xeyriyyə işlərini davam etdirəcək.