2 Dekabr 2014 09:51
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kazanda cihadçıların yaxalanması İŞİD-in öz təsirini Şimali Qafqaz və Povoljyedə artırması anlamını daşıyır”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı islamşünas Rais Süleymanov çıxış edib.

O, bundan öncə Şimali Qafqazda olan bəzi vəhhabi təşkilatlarının “Bağdad xəlifəsi”nə özlərinin sadiqliyi haqqında and içdiklərini bildirib:

“İndi bu cür andı onların Povoljyedəki həmfikirləri edirlər. Bununla onlar burada ideoloji baza qurmağa çalışırlar. Həmçinin, onlar kazan tatarlarının babaları olan İdil (hazırkı Volqa) bulqarlarının 922-ci ildə islamı Bağdad xəlifəsindən qəbul etdiklərini və onun mənəvi hakimiyyəti altında olduğunun təbliğatını aparırlar. Ona görə də bu məntiqlə yeni “Bağdad xəlifəsi”nə and içmək gərəkdir. 90-cı illərdə onlar İçkeriyaya cihada gedirdilər. 2000-ci ildə isə Əfqanıstan və Pakistan onların əsas ziyarət məkanı oldu. Əgər 2000-ci illərdə olan terror aktlarını törədənlərin bioqrafiyasına nəzər yetirsək, burada Əfqanıstan və Pakistanda olduqları haqqında bölmələri görə bilərik. 2011-ci ildə isə mücahidlərin hazırlandığı yer Suriya və İraq oldu”.


Müəllif:

Oxşar xəbərlər