Ukrayna ordusu separatçılarla ölən və yaralananların evakuasiyası haqqında qarşılıqlı razılığa gəlib.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bunu "İnformasiya Müqaviməti" Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Timçuk bildirib. O həmçinin yaraqlıların Donetsk aeroportunda hərbi gücünü bərpa etmək üçün əlavə qoşun hissələri gətirdiyini bildirib.
Bundan əlavə Ukrayna hüquq müdafiəçiləri münaqişə dövrü üçün ümumi statistika açıqlayıblar. Onlar hücumlar zamanı 4672 rus hərbçisinin öldürüldüyünü, 970-nin yaralandığını və 2560 nəfərin isə itkin düşdüyünü bildiriblər.
Hüquq müdafiəçisi Yelena Vasilyeva yaydığı məlumatda ötən sutka ərzində yaraqlıların 37 dəfə atəşkəsi pozduğunu nəticədə 299 separatçının həyatını itirdiyini, 190 nəfərin isə yaralandığını qeyd edib.
Samir