Ukraynaya qarşı müharibə başlayandan sonra istefa verən Rusiyanı tərk edən prezident Vladimir Putinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubays müəmmalı xəstəliyə tutulub.
Teleqraf.com xəbər verir ki, Anatoli Çubaysın hazırda Avropada müəmmalı xəstəliyə tutulduğu və vəziyyətinin ağır olduğu bildirilir.
Putinə ən yaxın adlardan biri olan və Ukrayna işğalına qarşı çıxaraq postunu tərk edən Çubays sinir sisteminə təsir edən çox nadir rast gəlinən immun pozğunluğu nəticəsində xəstəxanada müalicə alır.
67 yaşlı Çubays Quillain-Barre sindromundan əziyyət çəkir.
Onun həyat yoldaşı Smirnova deyib ki, dünən Çubaisin əlləri və ayaqlarında qəfil problem yaranıb.