ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Polesinin Tayvan səfərindən sonra Britaniya parlamentinin alt qurumu olan İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin sədri noyabr və ya dekabr aylarında Tayvana səfər etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, Britaniya mətbuatında yer alan iddialara görə, Mühafizəkarlar Partiyasının deputatı Tom Tugendhatın rəhbərlik edəcəyi səfərin dəqiq tarixləri də daxil olmaqla bütün məlumatlar gizli saxlanılır.
İngiltərədə baş nazirlik uğrunda mübarizə aparan Mühafizəkarlar Partiyasının namizədləri Rişi Sunak və Liz Trassın bəyanatlarında əsas mövzulardan biri Çin olub. Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Trass Tayvanın özünü Çindən qoruya bilməsi üçün Qərb ölkələrini silahla təmin etməyə çağırıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian baş nazirliyə namizədlər Rishi Sunak və Liz Trassın məsuliyyətsiz açıqlamalardan çəkinmələri lazım olduğunu bəyan edib: "Çin təhdidini şişirtmək sizə siyasi qazanc gətirməyəcək".