Koronavirusa yoluxan ABŞ Prezidenti Co Baydenin karantin müddəti bitib.
Teleqraf.com xəbər verir ki həkimi Kevin O'Connorun verdiyi məlumata görə Baydenin son testi mənfi çıxıb.
Həkiminin açıqlamasından sonra Delaverdəki bağ evinə köçmək üçün Ağ Evdən ayrılan Bayden mətbuat nümayəndələrinə özünü yaxşı hiss etdiyini bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden iyulun 22-də koronavirusa yoluxmuşdu.