Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə HƏMAS lideri İsmayıl Haniyə arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı İsrailin mühasirədə olan Qəzza zolağına endirdiyi hava hücumları və Əqsa məscidinə hücumlar müzakirə edilib.
Xatırladaq ki, İsrailin Qəzza zolağına hücumları nəticəsində 14-ü uşaq, 4-ü qadın olmaqla 44 nəfər həyatını itirib.
İsrail ilə Qəzzada İslami Cihad Hərəkatı arasında Misirin vasitəçiliyi ilə əldə olunan atəşkəs barədə razılıq əldə olunub.