Çeçenistan Muxtar Respublikasının Qroznı şəhər mərkəzində yaraqlılara qarşı əməliyyat keçirilib.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə muxtar respublikanın prezidenti Ramzan Kadırov məlumat verib. Onun sözlərinə görə, şəhər mərkəzində yerləşən mətbuat evində 20 dəqiqə davam edən əməliyyat zamanı 7 yaraqlı öldürülüb.
Kadırov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan əməliyyatda dinc sakinlərdən xəsarət alanın olmadığını ancaq polislərdən 4 nəfərin həyatını itirdiyini bildirib.
Samir