9 Avqust 2022 00:28
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvlərilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti xəbər yayıb.

Japarov qonaqları salamlayaraq, ağsaqqalların cəmiyyətdə necə mühüm və şərəfli yer tutduğunu qeyd edib. O, həmçinin qloballaşma və bir çox xalqların öz kimliyini itirdiyi bir dövrdə yaradılmış Ağsaqqallar Şurasının əhəmiyyətini vurğulayıb.

Öz növbəsində ağsaqqallar səmimi qəbula görə Qırğızıstan dövlətinin başçısına minnətdarlıq edərək, Japarovun təşkilatın inkişafında böyük xidmətlərini qeyd ediblər.

Görüşün sonunda Japarov Qırğızıstan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində böyük xidmətlərinə görə Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı “Danaker” ordeni ilə təltif edib.


Müəllif: Teleqraf.com