10 Avqust 2022 11:03
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Zaporoje və Xerson vilayətlərində Rusiya ordusunun təxminən 25 batalyon taktiki qrupu var.

Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı general-mayor Dmitri Marçenko məlumat verib.

Onun sözlərinə görə, bu bölgələrdə faktiki olaraq nə qədər rus hərbçisinin olduğu məlum deyil.

“Deyilənə görə, düşmənin Xerson və Zaporojedə təqribən 25 batalyon taktiki dəstəsi var”, - general vurğulayıb.

Marçenko söyləyib ki, Ukraynanın müdafiəçiləri düşmənlə üz-üzə gəlməyə və onunla döyüşməyə hazırdır:

“Burada heç kim onlardan qorxmur, heç kim onlardan qaçmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu